| Kasımpaşa | |
|---|---|
| |
| 41°01′49″ şm. e. 28°57′58″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | İstanbul |
| Rayon | Bəyoğlu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Kasımpaşa ![]() Kasımpaşa | |
Kasımpaşa — İstanbul şəhərinin Bəyoğlu rayonunda yerləşən tarixi səmt. Qızıl Buynuzun (Haliç) sahilində yerləşən Kasımpaşa Osmanlı dövründən bu yana dənizçilik və hərbi baxımdan önəmli mərkəzlərdən biri olmuşdur.
12-ci Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu səmtdə doğulmuş və burada böyümüşdür.
Kasımpaşa İstanbul üzrə Monopoliya masa oyununda ən ucuz əmlak bölməsi olaraq yer alır.
Coğrafi mövqeyi
Kasımpaşa İstanbulun Avropa tərəfində, Qızıl Buynuzun sahilində yerləşir. Şimalda Hasköy, cənubda Karaköy, qərbdə isə Tarlabaşı və Okmeydanı ilə sərhədlənir. Tarixi yarımadaya yaxın yerləşməsi bölgəyə strateji və iqtisadi əhəmiyyət qazandırmışdır.
Tarixi
Kasımpaşanın adı Osmanlı dövründə yaşamış məşhur sərkərdə Gözəlcə Qasım Paşa ilə bağlıdır. Ərazi İstanbulun fəthindən sonra dənizçilik və donanma fəaliyyəti üçün ayrılmış və Kasımpaşa Tərsanəsi (Tersane-i Amire) kimi önəmli hərbi müəssisələr burada qurulmuşdur. 1455-ci ildən etibarən Xələc sahillərində fəaliyyət göstərən tərsanə bu gün də mövcuddur. Kasımpaşanın bir digər adı isə Pegaidir.
Memarlıq və mədəniyyət
Kasımpaşa məhəlləsində Osmanlı memarlığına aid müxtəlif tarixi tikililər qorunub saxlanılmışdır. Bunlara:
- Qasım Paşa Məscidi,
- Piyalə Paşa Məscidi (1565–1573, Memar Sinan tərəfindən),
- Kasımpaşa Böyük Hamamı və
İctimai inkişaf və infrastruktur
XXI əsrdə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən bölgədə şəhərsalma layihələri həyata keçirilmişdir. Yeni kitabxanalar, idman kompleksləri, hovuz, uşaq mərkəzləri və sosial xidmət binaları salınmışdır. Haliçport (Tersane İstanbul) layihəsi çərçivəsində qədim sənaye obyektləri müasir marinalar, mehmanxanalar və restoranlara çevrilməkdədir.
Nəqliyyat
Kasımpaşa bölgəsi İstanbulun əsas nəqliyyat arteriyalarına, o cümlədən Tarlabaşı Bulvarına və Haliç körpüsünə yaxın yerləşir. Metro, avtobus və dəniz yolu ilə şəhərin digər hissələrinə asanlıqla getmək mümkündür. Həmçinin Şişhane–Hasköy metro xəttinə yaxındır.
İdman
Kasımpaşa adını daşıyan Kasımpaşa SK ilə məşhurdur. Onun futbol komandası Super Liqada çıxış edir və ev oyunlarını 13.500 tamaşaçı tutumuna malik Rəcəb Tayyib Ərdoğan Stadionunda keçirir.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- İstanbulun səmtləri
- Rəcəb Tayyib Ərdoğan


