Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mehmet Kazım Orbay (11 mart 1886, İzmir – 3 iyun 1964, Ankara) — türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir.

Kazım Orbay

Vikipediya, azad ensiklopediya
Kazım Orbay
türk. Kâzım Orbay
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
12 yanvar 1944 30 iyul 1946
ƏvvəlkiFevzi Çaxmaq
SonrakıSalih Omurtak
Şəxsi məlumatlar
Doğum adı Mehmet Kâzım Orbay
Doğum tarixi 11 mart 1886(1886-03-11)
Doğum yeri
  • İzmir, Smirna sancağı[d]
Vəfat tarixi 3 iyun 1964(1964-06-03) (78 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi mədə xərçəngi
Dəfn yeri
Partiya
  • Cümhuriyyət Xalq Partiyası
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
Rütbəsi
  • general-polkovnik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmet Kazım Orbay (11 mart 1886, İzmir3 iyun 1964, Ankara) — türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir.

Hərbi həyatı

1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci Dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir. 30 avqust 1935-ci ildə general (orgeneral) rütbəsi almış, 15 fevral 1943-cü ildə Ali Hərbi Şura üzvü olmuşdur.

Şəxsi həyatı

Evli idi. Haşmet Orbay adında oğlu var idi. İngilis, fransız, italyan və alman dillərində sərbəst danışa bilirdi.

Həmçinin bax

  • Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı
  • Qafqaz İslam Ordusu
Üst