Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Keçili (əvvəlki adı: Plankənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 199

Keçili (Şəmkir)

40°51′20″ şm. e. 46°09′45″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Keçili
40°51′20″ şm. e. 46°09′45″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Keçili xəritədə
Keçili
Keçili

Keçili (əvvəlki adı: Plankənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Plankənd kəndi Keçili kəndi, Plankənd inzibati ərazi vahidi Keçili kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası

Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili kəndindən gəlmiş ailələr salmışlar. Sovet dövründə, 1954-cu ildə kənd planlaşdırılaraq köhnə ərazidən bir qədər aralıda indiki yerində salındığı üçün "Plankənd" adlanmışdır. 1994-cu ildə kəndə öz köhnə adı qaytarıldı. Toponim dəqiq araşdırılmasa da, qədim "keçili" türk tayfalarının adından əmələ gəldiyi güman edilir. Eyni adlı kəndlər Şahbuz rayonunda və Türkiyənin bir neçə vilayətində, habelə digər bölgələrdə də var.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

Kənd əhalisi 3336 nəfərdir ki, onun da 1687 nəfəri kişi, 1649 nəfəri isə qadınlar təşkil edir.

Tanınmış şəxsləri

  • Aşıq Məsim

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

Həmçinin bax

Üst