Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konqo Böhranı — 30 iyun 1960-cı ildə müstəqillik qazandıqdan sonra Konqo Respublikasını (Leopoldvil) bürüyən və Cozef Mobutu hakimiyyətə gələnə qədər davam edən

Konqo böhranı

  • Ana Səhifə
  • Konqo böhranı

Konqo Böhranı — 30 iyun 1960-cı ildə müstəqillik qazandıqdan sonra Konqo Respublikasını (Leopoldvil) bürüyən və Cozef Mobutu hakimiyyətə gələnə qədər davam edən kəskin siyasi böhran idi. Toqquşmalar təxminən 100.000 insanın ölümünə səbəb oldu.

Konqo böhranı
Yeri
  • Konqo Respublikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni dövlətin mövcudluğunun ilk günlərindən mühafizəkar prezident Yozef Kasavubu ilə solçu millətçi Baş nazir Patris Lumumba arasında gərginlik artdı və bu, regional mərkəzdənqaçma istəkləri ilə daha da ağırlaşdı. Müstəqillik elan edildikdən bir neçə gün sonra Moise Tshombenin rəhbərlik etdiyi varlı, lakin ucqar cənub-şərq bölgəsi Katanqa öz müqəddəratını təyin etmək hüququnu elan etdi. Albert Kalonjinin rəhbərlik etdiyi filizlə zəngin Cənubi Kasai də Katanqanın youlu ilə getdi. Baş nazir Lumumba separatçılara qarşı sərt tədbirlər görməyə çalışdı, hətta kömək üçün SSRİ-yə müraciət etdi və bu da ona "sovetpərəst" lider kimi şöhrət qazandırdı. Müdafiə naziri Mobutunun gözlənilmədən tərəf tutduğu prezidentlə münaqişə kəskinləşdikdən sonra Lumumba Stenlivildə (onun dəstəyi olduğu yerdə) alternativ bir hökumət qurmağa çalışdı, lakin bir versiyaya görə, Konqo əsgərləri tərəfindən tutuldu, Elizabetvilə aparıldı və 17 yanvar 1961-ci ildə öldürüldü.

Yeni baş nazir tezliklə Siril Adula ilə əvəz olunan Lumumbist Antuan Gizenqa idi və daha sonra 1964-cü ilin iyul ayında hakimiyyət bu vəzifəni separatçı lider Tşombeyə təklif etdi. Asayişi bərpa etmək üçün Tşombe fəal şəkildə belçikalı muzdluları cəlb etdi və ona "imperialist" şöhrəti qazandırdı. SSRİ tərəfindən dəstəklənən və qəhrəman kimi qəbul edilən Simba üsyanı ölkənin şərqində başladı. Üsyançılarla mübarizə aparmaq üçün Belçika hakimiyyəti ABŞ ilə birlikdə "Qırmızı Əjdaha" əməliyyatına başladı. Böhran Mobutunun rəhbərlik etdiyi hərbi çevrilişlə nəticələndi. Bu, təkcə Konqo üçün deyil, bütün Afrika üçün böyük əhəmiyyət kəsb edirdi və bütün qitədəki siyasi vəziyyətin inkişafına təsir göstərirdi.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 30, 2026

    Həndəsi silsilə

  • Aprel 02, 2026

    Gürcü dili

  • Aprel 17, 2026

    Balear dənizi

  • Aprel 02, 2026

    Havay adaları

  • Aprel 12, 2026

    Klara Yusifzadə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst