Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kosalı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Qarayazı düzündə, avtomobil yolu kənarında, rayon m

Kosalı (Gürcüstan)

41°25′52″ şm. e. 45°05′48″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kosalı
ქესალო
41°25′52″ şm. e. 45°05′48″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Tarixi və coğrafiyası
İlk məlumat 1886
Mərkəzin hündürlüyü 290 m
Əhalisi
Əhalisi
  • 4.793 nəf. (2014)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1300
Xəritəni göstər/gizlə
Kosalı xəritədə
Kosalı
Kosalı

Kosalı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Qarayazı düzündə, avtomobil yolu kənarında, rayon mərkəzindən 5 km gündoğarda, dəniz səviyəsindən 290 m yüksəklikdə yerləşir.

Tarixi

Kəndin adı mənbələrdə ilk dəfə 1886-cı ildə regionda aparılan əhalinin siyahıyalınması zamanı çəkilir. Bu zaman kəndin adı Kosalı-Qaracalar kimi qeyd olunub.

Əhalisi

Kəndin əhalisi 1886-cı ildə 161 ailədə 887 nəfər; 1926-da 425 ailədə 2004 nəfər; 1995-da 1095 ailədə 5836 nəfər; 2002-də 5612 nəfər, 2006-da 6000 nəfər təşkil edib. Əhalinin 98%-i azərbaycanlılardan ibarətdir.

Təhsil

Kənddə 19-cu əsrdən məscid fəaliyətdədir. Dünyəvi məktəb 1918-ci ildən fəaliyyətdədir. Kosalı orta məktəbində 2006-cı ildə 1028 şagird, 73 müəllim olub.

Tanınmış şəxsləri

  • Aşıq Aslan Kosalı
  • Camal Mustafayev
  • Nağı Hacıbayramlı

Həmçinin bax

  • Tomarlı
Üst