| Kunlun dağları | |
|---|---|
| çin. 崑崙山 | |
| |
| Ümumi məlumatlar | |
| Mütləq hündürlüyü | 7719 m |
| Hündür zirvəsi | Konqur dağı |
| Yerləşməsi | |
| 36° şm. e. 84° ş. u.HGYO | |
| Ölkə | |
| Regionlar |
|
![]() Kunlun dağları | |
Kunlun dağları (çin. 崑崙山) -Tarim çökəyinin qərb kənarında Gezdərya və Yarkənd çayları arasında yerləşən Konqur (7719 m) və Muztaqata (7546 m) massivlərindən başlayıb əvvəlcə cənub şərqə, sonra isə şərqə uzanaraq, Qırmızı hövzənin şimal-qərb kənarında (Sino-Tibet dağlarına) qədər uzanır.
Hündürlüyü
Kunlun dağları yüksək zirvələrin hündürlüyünə görə yalnız Himalaydan geri qalır, uzunluğu isə Himalay dağlarının uzunluğundan xeyli artıqdır. Orta yüksəkliyi (6000 m) Himalay dağlarının orta yüksəkliyinə bərabərdir. Dağların qərb hissəsi çox yüksəkdir. Burada bir çox qarlı-buzlu massiv və zirvələr yerləşir. (Muztaq 7282 m). Lakin bu hissədə o suayırıcı təşkil etmir. Öz mənbələrini Qaraqorum dağlarının şimal yamaclarından alan Yarkənd, Karakaş və b. çaylar Kunlunu dərin dərələrlə kəsib Tarim çökəyinə çıxırlar.
Şəkillər
Kunlun dağlarından axan çay
Kunlunun ən hündür zirvəsi
Kunlun keçidi
Həmçinin bax
- Tibet
- Himalay dağları
- Mərkəzi Asiya
- Əlifba sırasına görə dağlar
- Asiya dağları
- Çin dağları
- Çin mifologiyası
