Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) —Kürmük məbədi — Azərbaycanın Qax rayonu ərazisində tarixən gürcü pravoslav irsi

Kürmük kilsəsi

41°23′20″ şm. e. 46°55′15″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Kürmük kilsəsi
Müqəddəs Georgi kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir Əmbərçay
Aidiyyəti Alban Həvari kilsəsi
Gürcü Pravoslav Kilsəsi
Tikilmə tarixi I-III əsrlər – 1894
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4581
ƏhəmiyyətiYerli əhəmiyyətli
41°23′20″ şm. e. 46°55′15″ ş. u.HGYO
Xəritə
Kürmük kilsəsi (Azərbaycan)
Nöqtə
Kürmük kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) —Kürmük məbədi — Azərbaycanın Qax rayonu ərazisində tarixən gürcü pravoslav irsi ilə bağlı olmuş qədim müqəddəs məkanın üzərində yerləşən kilsədir. XIX əsrdə mövcud kilsə binası Qaxın gürcü-ingiloy icmasının dini ənənələri əsasında formalaşmış və Gürcü Pravoslav Kilsəsi ilə bağlı olmuşdur. Mənbələr bölgədə gürcü əhalisinin və gürcü pravoslav dini ənənəsinin daha əvvəlki dövrlərdən mövcudluğunu göstərir.

Etimologiyası

Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır.

Tarixi

2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I–III əsrlər, IV–VII əsrlər, VIII–XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.

Kilsə 1614–1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825–1918) təyin edilib. Sovet dövründə bina kinoteatr kimi istifadə edilib.

Aidliyi

Gürcü Pravoslav Kilsəsi tərəfindən Qax və Kürmük yeparxiyasının ikinci böyük kafedralı hesab olunur. Azərbaycan Mədəniyyət Nazirliyinə əsasən isə Kürmük alban kilsəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən "Kürmük" məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür. Rəsmi olaraq dini abidə sayılmasa da, burada hər il Kürmükoba bayramı keçirilir.

Qalereya

Üst