| Ləman Aləşrəf qızı | |
|---|---|
| Doğum tarixi | 15 dekabr 1971 (54 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | jurnalistika |
| Təhsili |
|
| Fəaliyyəti | müxbir, köşə yazar, Tv rəhbəri |
| Fəaliyyət illəri | 1996 – h. h. |
| Mükafatları | |
Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015).
Həyatı
Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.
Ailəsi
Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər.
Fəaliyyəti
Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur. Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996). Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).
2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.
2012-ci ilin mart ayından 2016-cı il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təsisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.
2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.
2020-ci il 9 fevral növbədənkənar Parlament seçkilərinə qatılmış, deputat seçilə bilməmiş və nəticələrə etiraz etmişdir. İşlədiyi REAL TV-də fikir ayrılığı yaranmışdır. REAL TV-dən həmkarı Afət Telmanqızı ilə bərabər ayrılmışdır.
Daha sonra Afət Telmanqızı ilə birgə "LAF TV" internet televiziyasını təsis etmiş və ilk yayımı 28 may 2020-ci ildə gerçəkləşdirmişdir.
2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Mükafatları
- Həsən bəy Zərdabi mükafatı
- "Qızıl qələm mükafatı"
- "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 15 iyul 2015
Filmoqrafiya
- Artilleriya allahı (film, 2015)
- "Sonuncu Qəhrəman" — 09.05.2015
- "Sərdar"
- "Əkinçi"—22.07.2015
- "Musiqinin Məcnunu"—17.09.2015
- "Sevgili Bayrağım"—09.11.2015
- "Yurd ilanı" — 01.07.2016
- Ağ adam (film, 2016)
- Ağıllılar və dəlillər (film, 2016)
- "Son beşik" — 05.02.2016
- "Diş ağrısı" — 20.03.2018
- "Topa tutulan baş" — 26.05.2018
- "Şapkalı Urus" — 22.07.2018
- "Bakı qoçuları" — 15.09.2018
- "Bir qalanın sirri" — 01.10.2018
- "Quzğun dəniz" — 08.10.2018
- "Dayaq" — 18.10.2018
- "Müşfiqə atılan güllə" — 29.10.2018
- "Baş qoyduğumuz ucalıq" — 09.11.2018
- "Azad heykəl qadın" — 27.12.2018
- "Güllələnən gül" — 20.01.2019
- "Allahın Lütfü" — 04.02.2019
- "613" — 26.02.2019
- "Nəhəng və firəng" — 28.05.2019
- "Əbədiyyət Nəsimi" — 09.07.2019
- 15 dekabrda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Oğuzda doğulanlar
- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunları
- Azərbaycan Respublikasının əməkdar jurnalistləri
- Azərbaycan jurnalistləri
- Azərbaycan qadın jurnalistləri
- Oğuz rayonunda doğulanlar
- Həsən bəy Zərdabi mükafatı laureatları
- ANS TV-nin jurnalistləri
- Real TV-nin jurnalistləri