Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayak. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrl

Lənkəran mayakı

38°45′34″ şm. e. 48°51′19″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Lənkəran mayakı
Lənkəran mayakı
Lənkəran mayakı
Ölkə
  •  Azərbaycan
Su hövzəsi Xəzər dənizi
Yerləşir Lənkəran, Azərbaycan
Koordinatlar 38°45′34″ şm. e. 48°51′19″ ş. u.HGYO
Yandırılma ili 1747
Tikilmə tarixi 1869
Tikinti materialı daş
Forması İki kvadrat prizma
Əlamət Rənglənməmiş, aşağı mərtəbəsində şəhər üçün silah saxlanılır; fənəri qırmızı-ağ
Hündürlüyü 30,5 m (33,4 m — fanarla)
Diapazon əsas: 24 dəniz mili (45 km)
HRMC nömrəsi AZE-001
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayak. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir.

Tarixi

1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazırkı mayakda fəaliyyət göstərək həsxana ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayak Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir.

1957-ci ildə mayak təmir edilir. 1969-cu ildə isə mayakın yüz illik yubleyi qeyd edilir. 2002-ci ildə mayak binasında cari təmir aparılmışdır.

Tikili

Mayakdan onun oxşarı olan və onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya vaxtilə yeraltı yol olmuşdur. Onun qalıqları bu günə kimi qalmaqdadır. Binanın divarlarının qalınlığı aşağı hissədən 2 metrdən artıqdır.

1934-cü ildə mayakda meteoloji stansiya quraşdırılmışdır.

Mayak hazırda Xəzər Dəniz Gəmiçiliyinin tabeçiliyindədir.

Üst