| kənd | |
| Laçın massivi | |
|---|---|
| |
| 40°20′22″ şm. e. 49°48′14″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Bakı |
| Rayon | Qaradağ rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1993 |
| Əhalisi | |
| Milli tərkibi | azərbaycanlılar |
| Rəsmi dili | Azərbaycan dili |
![]() Laçın massivi ![]() Laçın massivi | |
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi.
Tarixi
1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir.
Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır.
Coğrafiyası
Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir.
Təhsil
Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).
- Əlifba sırasına görə yaşayış məntəqələri
- 1993-cü ildə yaranan yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Qaradağ rayonu


