| Mahal | |
| Lahıc mahalı | |
|---|---|
| Daxildir | |
| İnzibati mərkəz | Lahıc |
| Naib | Cəfərqulu ağa |
| Əhalisi | |
| Əhalisi | 374 ailə nəfər |
| Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu | |
Lahıc mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi
İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi.
Əhalisi
1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdu.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə inzibati vahidlər
- Şirvan xanlığının mahalları