Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Laza (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qəbələ rayonunun Laza kənd inzibati ərazi dairəsində kənd.

Laza (Qəbələ)

41°03′00″ şm. e. 47°54′29″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Laza
41°03′00″ şm. e. 47°54′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1100 (2009) nəfər
Milli tərkibi ləzgilər
Dini tərkibi Sünni - Müsəlmanlar (Şafii məzhəbi)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 3601
Xəritəni göstər/gizlə
Laza xəritədə
Laza
Laza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Laza (ləzg. Лацар)Azərbaycan Respublikasının Qəbələ rayonunun Laza kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Rəvayətə görə əhalinin əcdadları oraya Qusar rayonunun Laza kəndindən köçmüşlər. Kəndin yaranma tarixi XVII əsrin sonu, XVIII əsrin əvvəli hesab edilir. Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan latsar sixili olduğundan kəndin adı da Laza olmuşdur.

Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində Baş Qafqaz silsiləsinin cənub yamacındadır.

Toponimikası

Laza toponimi ləzgi dilində “ağ, bəyaz” mənasını verən «лацу» sözündən yaranmışdır. Bu ad ərazinin təbii xüsusiyyətləri — xüsusilə dağlıq relyef, qayaların açıq rəngli olması və ilin böyük hissəsində ətrafın qarla örtülü qalması ilə əlaqədar formalaşmışdır.

Coğrafiyası və iqlimi

Kənd Baş Qafqaz sıra dağlarının şimal-qərb hissəsində, Dəmiraparan çayı üzərində salınıb. Özünəməxsus gözəl təbiəti vardır.

Mədəniyyət

Sevimli müğənnimiz Zeynəb Xanlarovanın mahnılarından birinə çəkilmiş süjet xəttində Muçuq şəlaləsinin görüntüləri bu kənddə lentə alınıb. Hər bir mahnısını təbiət görüntüləri ilə sintez etməsi, teletəsvir müğənninin yaradıcılığına xas olan cəhətlərdəndir. Elə Lazada 96 metr hündürlükdən axan Muçuq şəlaləsi də Zeynəb xanıma həsr edilən “Salam Zeynəb” sənədli filmində çağlayır. Zəyli və digər deltavari şəlalələr də bu kəndin ərazisindədir.

Təhsil

9 illik Laza kənd orta məktəbi.

Əhalisi

İndi kənddə 1100 nəfər yaşayır. Ləzgi kəndidir. At üstündə çobanlar, minlərlə qoyun-quzu dağlara-düzlərə səpələnirlər. Yaşıl çəməndə ağ xalıya bənzər bu görüntülər Qəbələdə tez-tez görünən səhnələrdəndir. Dağdan sürülər enəndə hansı kənddən ötərsə, çobanlar yol üstündə səxavətli olar, əlinin altında nə varsa paylayarlar. Eyni ilə kəndlərdə də sürünün səsi eşidilən kimi, pişvazına çıxar, çobanları ev xörəklərinə qonaq edərlər. Bərəkət simvolu sayılan sürülər el-obanın varına, dövlətinə işarədir.

Həmçinin bax

Üst