Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1904-cü ildə Tiflisdə doğulmuşdur. Bakı döyüşündə iştirak etmiş, 26 Bakı komissarı ilə birgə həbs olunmuşdu. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının

Lev Şaumyan

Vikipediya, azad ensiklopediya
Lev Stepanoviç Şaumyan
Лев Степа́нович Шаумя́н
Doğum tarixi 25 aprel 1904(1904-04-25)
Doğum yeri
Vəfat tarixi 24 may 1971(1971-05-24) (67 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Uşağı Tatyana Şaumyan
Atası Stepan Şaumyan
Anası Yekaterina Sergeyevna Şaumyan
Milliyyəti erməni
Təhsili
  • ÜİK(b)P MK yanında Ali Partiya Məktəbi[d] (1948),
  • Yakov Sverdlov adına Kommunist Universiteti[d] (1922–1923)
Fəaliyyəti partiya təşkilatçısı[d], jurnalist, tarixçi
Partiyası
  • Rusiya Kommunist (bolşeviklər) Partiyası (1919-cu ildən)
Mükafatları "Lenin" ordeni

Lev Stepanoviç Şaumyan (25 aprel 1904, Tiflis24 may 1971, Moskva) — sovet jurnalisti, müəllim.

Həyatı

1904-cü ildə Tiflisdə doğulmuşdur. Bakı döyüşündə iştirak etmiş, 26 Bakı komissarı ilə birgə həbs olunmuşdu. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1919–1920-ci ildə Tiflis və Bakıda bolşeviklər üçün gizli fəaliyyətdə olmuş, 1922–1923-cü illərdə Y. M. Sverdlov adına Kommunizm institutunu bitirmiş, evlənmişdir. 1924–1932-ci illərdə Volqoqradda partiya şöbəsində çalışmışdır. 1948-ci ildə Sov.İKP MK yüksək təhsil mərkəzini bitirmişdir. 1932–1946cı illərdə jurnalistika fəaliyyətinə başlamış, 1941–1946cı illərdə "Ural fəhləsi" qəzetinin baş redaktoru olmuşdur. 1949-cu ildə "Sovet ensiklopediyası"nda işləməyə başlamış, 1954-cü ildə Böyük Sovet Ensiklopediyasının baş redaktorlarından olmuşdur.

Əsərləri

  • 26 Bakı komissarının ingilis müdaxiləçilər tərəfindən edamı, 1949
  • Kommunizm üçün cəsur döyüşçü, 1954
  • Kamo, 1954
  • 26 Bakı komissarı, 1968
Üst