Liviya bayrağı — Afrika ölkəsi olan Liviyanın 24 dekabr 1951-ci ildə ilk dəfə istifadə olunan bayrağı, 27 fevral 2011-ci ildə rejimin dəyişikliyindən sonra Liviya hökumətinin Milli keçid Şurası tərəfindən yenidən istifadə verildi.
| Liviya bayrağı | |
|---|---|
![]() | |
| Təfərrüatlar | |
| Proporsiya | 1:2 |
Bayraq, 1951-1969 illəri arasında istifadə edilən Liviya Krallığı bayrağı ilə eynidır. Mülki müharibədən əvvəl istifadə edilən düz yaşıl zəmindən ibarət bayraq Muəmmər Qəddafi rejiminin dayandırılması ilə ləğv edildi.
Tarix
Liviya Birləşmiş Krallığın bayrağı
24 dekabr 1951 — 7 noyabr 1969
Liviya Ərəb Respublikasının bayrağı
7 noyabr 1969 — 31 dekabr 1971
Liviya Ərəb Respublikasının bayrağı
1 yanvar 1972 — 11 noyabr 1977
Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin bayrağı
11 noyabr 1977 — 3 avqust 2011
Liviya Dövlətinin bayrağı
3 avqust 2011