Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan s

London müqaviləsi

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
London müqaviləsi
Müzakirə zamanı
Müzakirə zamanı
Müqavilənin tipi sülh müqaviləsi
İmzalanma tarixi 28 avqust 1604
İmzalanma yeri London, İngiltərə İngiltərə
Qüvvəyə minməsi 28 avqust 1604
  şərtləri İngiltərə ispan ticarət gəmilərinə və holland üsyançılara silah yardımı etməməyi söz verdi.
İspaniya İngiltərəyə katolik məzhəbini gətirməməyi öhdəsini götürdü.
Qüvvədən düşməsi 1625
Tərəflər İngiltərə İngiltərə
İspaniya İspaniya
Dilləri ingilis dili, ispan dili
Veb-saytı Müqavilənin mətni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır.

Haqqında

İngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir.

İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir.

Şərtləri

Müqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi. Müqavilənin imzalanmasından sonra 1625-ci ilə kimi İngiltərə və İspaniya sülh içində yaşadılar.

Üst