| Luristan ostanı | |
|---|---|
| استان لرستان | |
| |
| 33°29′14″ şm. e. 48°21′14″ ş. u.HGYO | |
| Ölkə |
|
| İnzibati mərkəz | Xürrəmabad |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| ISO kodu | IR-15 |
![]() | |
Luristan ostanı (fars. استان لرستان) — İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir.
Lorestan İraq ilə sərhədə yaxın ərazidə yerləşir. Dağlarla əhatə olunmuş mənzərəli vadidə yerləşən Lorestan İraqla sərhəddən təxminən 100 kilometr (təxminən 62 mil) şərqdə yerləşir.
Ərazi
Ostanın ərazisi 28,392 km²-dir.
Əhali
2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır.
Milli tərkib
- Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır.
- Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Şəhristanlar
- Əzna şəhristanı
- Əligudərz şəhristanı
- Bürucird şəhristanı
- Poldoxtər şəhristanı
- Xürrəmabad şəhristanı
- Dürud şəhristanı
- Dilfan şəhristanı
- Silsilə şəhristanı
- Kuhdəşt şəhristanı
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə inzibati vahidlər
- İran qaralamaları
- Luristan ostanı
- Asiya regionları

