Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976)

Lütfəli Nuriyev

Vikipediya, azad ensiklopediya
Lütfəli Nuriyev
Doğum tarixi 15 may 1916(1916-05-15)
Doğum yeri
Vəfat tarixi 9 dekabr 1984(1984-12-09) (68 yaşında)
Atası Cahangir Nuriyev
Milliyyəti azərbaycanlı
Fəaliyyəti direktor[d]
Mükafatları "Şərəf nişanı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916, Yelizavetpol9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976)

Həyatı

Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub.

Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib.

Fəaliyyəti

Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.

1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.

Üst