Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Laza şəlaləsi Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkl

Ləzə şəlaləsi

Vikipediya, azad ensiklopediya
Laza şəlaləsi
Yerləşməsi
Ölkə  Azərbaycan
Region
  • Qafqaz
Rayon
  • Laza kəndi, Qusar rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Laza şəlaləsi — Qusar rayonunda yerləşən şəlalə.

Haqqında

Laza şəlaləsi Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin Şah yaylaq dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.

Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir. Çempionatda Türkiyə, Rusiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən idmançılar iştirak edirlər.

2024-cü ilin avqustunda baş vermiş güclü leysan yağışı şəlalənin daşmasına səbəb olmuşdur.

Həmçinin bax

Ədəbiyyat

  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013
Üst