Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mövsüm Şahin oğlu Məmmədov (6 iyun 1967, Kosalar, DQMV) — Polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Mövsüm Məmmədov

Vikipediya, azad ensiklopediya
Mövsüm Məmmədov
Mövsüm Şahin oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1967(1967-06-06) (59 yaş)
Doğum yeri Xankəndi şəhəri, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Şahin
Anası Firuzə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Rütbəsi
Polis polkovniki
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mövsüm Şahin oğlu Məmmədov (6 iyun 1967, Kosalar, DQMV) — Polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndidə anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır.

Döyüşlərdə iştirakı

Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakültəsini bitirmişdir. Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur. Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir

Ailəsi

Ailəlidir, üç övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 200.
Üst