Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mübariz Ağali oğlu Əsgərov (20 yanvar 1962, Ucar) — telejurnalist, prodüser, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.

Mübariz Əsgərov

Vikipediya, azad ensiklopediya
Mübariz Əsgərov
Əsgərov Mübariz Ağali oğlu
Doğum tarixi 20 yanvar 1962(1962-01-20) (64 yaş)
Doğum yeri Ucar, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Dini İslam
İxtisası jurnalistika - televiziya
Təhsili Moskva Dövlət Universiteti
Fəaliyyəti jurnalist, prodüser, ssenarist, yazıçı
Fəaliyyət illəri 1992-indiyədək
Tanınır Qulp və Rezonans verilişlərinin müəllifi, aparıcısı
Mükafatları "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar jurnalisti

Mübariz Ağali oğlu Əsgərov (20 yanvar 1962, Ucar) — telejurnalist, prodüser, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.

Həyatı

Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucar şəhərində anadan olub. Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də layihə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.

29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

Filmoqrafiya

  • Bəy havası (sənədli film, 2010) (müəllif)
  • 1 mətbuat konfransının tarixi (film, 2015) (sənədli film) (müəllif)| İzlə
  • Qarabağ: əsirlər və girovlar. Közərən xaç (film, 2017) | İzlə
  • Şuşanın dağları qara dumanlı (sənədli film, 2017) (müəllif) | İzlə
  • Xocalı dərsi (sənədli film, 2018) (müəllif) | İzlə
  • Ölüm hökmü - ömürlük cəza (sənədli film, 2019) (müəllif) | İzlə
  • Kəlbəcərin son günü (film, 2020) (sənədli film) (müəllif) | İzlə
  • Xocalı nişanəsi (müəllif) | İzlə
  • 44 gün,44 an (müəllif) | İzlə
  • "Şuşa" sənədli film (müəllif) | İzlə
Üst