Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Müreysi müharibəsi, Bəni Müstəliq savaşı və ya Bəni Müstəliq qəzvəsi (ərəb. غزوة بني المصطلق‎) — 627-ci ildə müsəlmanlarla Bəni Müstəliq qəbiləsi arasında baş v

Müreysi müharibəsi

Vikipediya, azad ensiklopediya
Müreysi müharibəsi
ərəb. غزوة بني المصطلق
Tarix dekabr 627
Səbəbi Bəni Müstəliqin müsəlmanlara qarşı ordu toplaması
Nəticəsi Müsəlmanların qələbəsi
Münaqişə tərəfləri

Müsəlmanlar

Bəni Müstəliq

Komandan(lar)

Məhəmməd peyğəmbər
Ömər ibn Xəttab

Haris ibn Əbu Dirar

Tərəflərin qüvvəsi

700 nəfər

böyük sayda

İtkilər

1 ölü

10 ölü, 600 əsir

Müreysi müharibəsi, Bəni Müstəliq savaşı və ya Bəni Müstəliq qəzvəsi (ərəb. غزوة بني المصطلق) — 627-ci ildə müsəlmanlarla Bəni Müstəliq qəbiləsi arasında baş vermiş döyüş.

Döyüş

Döyüşdən əvvəl

Qureyş qəbiləsi bütün müttəfiqlərini hərəkətə gətirərək Xəndək döyüşü üçün hazırlıqlara başladı. Bəni Müstəliqin başçısı Haris ibn Əbu Dirar, böyük sayda ordu toplayaraq Müreysi quyusunun başında müsəlmanlar qarşı mövqe tutdu. O, Mədinəyə hücuma hazırlaşırdı.

Döyüş

Bu xəbəri alan Məhəmməd peyğəmbər, 700 nəfərlik ordu ilə Bəni Müstəliqə qarşı hücuma keçdi. Məhəmməd peyğəmbər əvvəlcə Ömərdən Bəni Müstəliqi İslama dəvət etməsini istədi. Bəni Müstəliq Ömərin çağırışına oxlarla cavab verdi. Hücuma keçən müsəlmanlar Müreysi quyusu ətrafında Bəni Müstəliqi məğlub etdilər.

Döyüşün nəticələri

Bəni Müstəqildən 10, müsəlmanlardan 1 nəfər öldürüldü. Haris ibn Əbu Dirar qaçdı. Bəni Müstəliqdən 600 və ya 700 nəfər əsir alındı. 2000 dəvə, 5000 qoyun və çox sayda qənimət elə keçirildi. Əsirlərin arasında Harisin qızı Cüveyriyə bint Haris də var idi. Bu döyüşdən sonra ətrafdakı paqan qəbilələrin hücum planları pozuldu. Bəni Müstəliq qəzvəsinin Xəndək döyüşündən sonra baş verdiyi də söylənmişdir.

Həmçinin bax

  • İfk hadisəsi
Üst