Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mürsəl Məhəmmədhüseyn oğlu İsayev (1 yanvar 1949, Xok, Noraşen rayonu) — 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri.

Mürsəl İsayev

Vikipediya, azad ensiklopediya
Mürsəl İsayev
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri
1994 2000
ƏvvəlkiRamil Usubov
SonrakıƏhməd Əhmədov
Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini
1993 1994
NazirRamil Usubov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1949(1949-01-01) (77 yaş)
Doğum yeri
Təhsili
  • Naxçıvan Pedaqoji İnstitutu
Rütbəsi
Daxili xidmət general-mayoru

Mürsəl Məhəmmədhüseyn oğlu İsayev (1 yanvar 1949, Xok, Noraşen rayonu) — 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri.

Həyatı

Mürsəl Məhəmmədhüseyn oğlu İsayev 1 yanvar 1949-cu ildə Şərur rayonunun Xok kəndində (hal-hazırda Kəngərli rayonunun ərazisinə daxildir) anadan olub. 1973-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1986-cı ildə SSRİ Daxili işlər Nazirliyinin Ali Milis Akademiyasının Rostov filialını bitirmişdir.

Ailəlidir. Həyat yoldaşı Zeynəb İsayeva. Üç qız övladı var – Aygün, Jalə, Ərəbiyyə.

Fəaliyyəti

1976-cı ildən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi sistemində bir sıra məsul vəzifələrdə, o cümlədən 1988-ci ildən Naxçıvan şəhər daxili işlər şöbəsinin rəisi,1989-cu ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi cinayər axtarış şöbəsinin rəisi,1993-cü ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirinin müavini vəzifələrində çalışmışdır. 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri olmuşdur. 2001-ci ildən istifedadır. 1995-ci ildən olan daxili xidmət general-mayorudur.

Təltif və mükafatları

Üst