Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Allahverdiyev Müseyib Abdulla oğlu (22 aprel (5 may) 1909, Dağ Kəsəmən, Qazax qəzası – 19 may 1969, Qazax) — Sovet İttifaqı Qəhrəmanı.

Müseyib Allahverdiyev

Vikipediya, azad ensiklopediya
Müseyib Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel (5 may) 1909(1909-05-05)
Doğum yeri
Vəfat tarixi 19 may 1969(1969-05-19) (60 yaşında)
Vəfat yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Uşağı
  • Abdulla Allahverdiyev
Təhsili
  • Tbilisi Ali Artilieriya Məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi
  • mayor,
  • kapitan
Döyüşlər
  • İkinci Dünya müharibəsində Şərq cəbhəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı — 1945
"Lenin" ordeni — 1945 "Qırmızı ulduz" ordeni — 1942 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Allahverdiyev Müseyib Abdulla oğlu (22 aprel (5 may) 1909, Dağ Kəsəmən, Qazax qəzası19 may 1969, Qazax) — Sovet İttifaqı Qəhrəmanı.

Həyatı

Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir.

Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M. Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir.

Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.

19 may 1969-cu ildə vəfat edib.

Dağkəsəmən kənd 1 saylı orta məktəb Müseyib Allahverdiyevin adınadı.

Qazax avtovağzalının qarşısında büstü qoyulub.

Üst