| Tarixi dövlət | |
| Müvəhhidlər dövləti | |
|---|---|
| الدولة الموحدية | |
![]() | |
| 1121 — 1269 | |
| Paytaxt | Mərrakeş |
| Din | Sünnilik |
| Ərazisi |
|
| İdarəetmə forması | monarxiya, Xilafət |
Müvəhhidlər dövləti (ərəb. الدولة الموحدية) və ya Müvəhhidlər xilafəti (ərəb. الخلافة الموحدية) — 1121–1269-cu illərdə Şimali Afrika və Əndəlüsdə mövcud olmuş tarixi dövlət.
Yaranması
Mürabitlərin bəzi dini görüşlərinə müxalif olan İbn Tümərt hökmdar Əli ibn Yusif ibn Təşfinə qarşı çıxaraq özünü 1121-ci ildə "Mehdi" elan etmiş və Atlas dağlarında dövlətin əsasının qoyulması üçün ilk addımları atmışdır. Lakin dövlət həmin vaxt deyil, onun ölümdən 9 il sonra 1130-cu ildə rəsmi olaraq Əbdülmömin əl-Qumi tərəfindən yaradılmışdır. Bu dövlətə İbn Tümərtin müridlərinə verdiyi adla "Müvəhhidlər", "Möminilər" (Əbdülmömin əl-Qumidən ötrü) və "Məsmudə dövləti" (İbn Tümərtin mənsub olduğu qəbilənin adı), hökmdarlarına isə "əmir əl-möminin" deyilmişdir.
Süqutu
Las Navas de Tolosa döyüşündə məğlub olan Müvəhhidlər Şimali Afikaya doğru geri çəkilmək məcburiyyətində qaldılar. Bir müddətdən sonra isə paytaxt Mərrakeş Mərinilərin əlinə keçdi və bununla da Müvəhhidlər dövləti süqut etmiş oldu (1269).
Memarlıq
Dini baxışlarında ötrü görkəmli saraylar inşa etdirməyən Müvəhhidlər xəlifələri, daha çox böyük məscidlərin inşası ilə ön plana çıxmışlardır. Bu ibadət evlərinə Həssən, Kütubiyyə və İşbilyə məscidlərini misal göstərmək mümkündür. İşbilyə (Sevilya) 1248-ci ildə Kastilya kralı III Fernando tərəfindən işğal edildikdən sonra İşbilyə məscidi də kilsəyə çevrilmiş və "Santa Mariya kilsəsi" adlandırılmışdır.
Hökmdarları
- İbn Tümərt
- Əbdülmömin əl-Qumi
- Əbu Yaqub Yusif ibn Əbdülmömin
- Əbu Yusif Yaqub əl-Mənsur-Billah
- Məhəmməd ən-Nasir-Lidinillah
- Yusif əl-Müstənsir-Billah
- I Əbdülvahid əl-Məhlu
- Əbu Məhəmməd Abdullah əl-Adil
- Əbu Zəkəriyya Yəhya əl-Mötəsim-Billah
- Əbül-Əla (Ulə) İdris əl-Məmun
- II Əbdülvahid ər-Rəşid
- Əbül-Həsən Əli əs-Səid
- Ömər əl-Mürtəza
- Əbül-Əla Əbu Dəbbus əl-Vasiq-Billah
Həmçinin bax
- Müvəhidlər sülaləsi
- 1121-ci ildə yaranmış dövlətlər və ərazilər
- 1269-cu ildə ləğv olunmuş dövlətlər və ərazilər
- Əlcəzair orta əsrlərdə
- Portuqaliya orta əsrlərdə
- Tarixi Avropa monarxiyaları
- Tunis orta əsrlərdə
- Tarixi dövlətlər
- Xilafət
