Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı – 13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan S

Məcid Şamxalov

Vikipediya, azad ensiklopediya
Məcid Şamxalov
Doğum tarixi 2 may 1907(1907-05-02)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1984(1984-10-13) (77 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor, dramaturq
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949
"Əmək igidliyinə görə" medalı — 1949

Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı – 13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949).

Həyatı

Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. Digər versiyaya görə isə, Cənubi Azərbaycanın Sərab şəhərində doğulmuş, uşaqlıqda valideynləri ilə Ağdama köçmüşdü.

İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir.

M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.

Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949
  • "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949

Əsərləri

  • Mənzər (pyes). Bakı: Birləşmiş nəşriyyat, 1957, 16 səh.
  • Qayınana (komediya). Bakı: Azərnəşr, 1964, 52 səh.
  • Qayınana (komediya). Bakı: Azərnəşr, 1974, 61 səh.
  • Qayınana (pyeslər). Bakı: Yazıçı, 1980, 117 səh.

Filmoqrafiya

  • Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
  • Lətif (film, 1930) — traktorçu
  • Məhəbbət oyunu (film, 1935)
  • Bakılılar (film, 1938)
  • Qara daşlar (film, 1956)
  • Qayınana (film, 1978)
Üst