Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurub. 2017-ci

Məhəmməd Abdullayev

  • Ana Səhifə
  • Məhəmməd Abdullayev

Məhəmməd Abdullayev (6 aprel 1999) — Azərbaycanı təmsil edən boksçu.

Məhəmməd Abdullayev
Şəxsi məlumatlar
Tam adı Məhəmməd Zahid oğlu Abdullayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 6 aprel 1999(1999-04-06) (26 yaş)
Boyu 190 sm. (6 ft 3 in)
İdman növü Boks
Məşqçisi Etibar Abdullayev
Medallar
Dünya Çempionatı
Bürünc 2021 Serbiya+92 Kq.
Bürünc 2023 Özbəkistan+92 Kq.
Avropa Oyunları
Gümüş 2023 Polşa+92 Kq.

Karyerası

Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurub. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib olub.

Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub olub (1:4) və mübarizəsini dayandırıb.

Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış edib. Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurub.

2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparıb. COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salınıb. Turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Adam Kulihi 5:0, 1/4 final mərhələsində isə Ukrayna təmsilçisi Tsotne Rogavanı 4:1 hesabı ilə məğlub edən Məhəmməd Abdullayev, 1/2 final mərhələsində Fransa nümayəndəsi Murad Əliyevə məğlub olsa da (WO) turniri bürünc medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu və 2021-ci ilin avqustunda Azərbaycanı XXXII Yay Olimpiya Oyunlarında təmsil edib.

XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin 22 iyul-8 avqustunda Yaponiyada baş tutdu. Olimpiya Oyunlarında debüt edən 22 yaşlı Məhəmməd Abdullayev isə turnirin 1/16 final mərhələsində Bəhreyn nümayəndəsi Denis Lətifov ilə üz-üzə gəlib. Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 3:1 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə keçib. İyulun 29-da isə Məhəmməd Abdullayev 1/8 final mərhələsində Asiya və Dünya Çempionatlarının qalibi Özbəkistan nümayəndəsi Bəxtiyar Cəlolov ilə üz-üzə gəldi. Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 0:5 hesabı ilə məğlub olub və turnirdə mübarizəsini dayandırıb.

Olimpiadadan sonra Məhəmməd Abdullayev Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi. Turnirin 1/16 final mərhələsində Litva nümayəndəsi Jonas Jazeviciusa (5:0), 1/8 final mərhələsində Serbiya təmsilçisi Vladan Babiça (5:0), 1/4 final mərhələsində isə Hindistan nümayəndəsi Narender Bervala (5:0) qalib gələn Məhəmməd Abdullayev, yarım-final mərhələsində Ermənistan təmsilçisi Davit Çaloyana məğlub olub (0:5) və Dünya Çempionatının bürünc medalına sahib olub.

2022-ci ildə Avropa Çempionatının Ermənistanda baş tutmasına görə Azərbaycan idmançıları bu turnirdə mübarizə aparmayın. 2 ildən sonra Məhəmməd Abdullayevin birinci beynəlxalq turniri 2023-cü ilin mayında Özbəkistanda baş tutan Dünya Çempionatı olub. Dünya Çempionatının 1/16 final mərhələsində Meksika nümayəndəsi Xaviyev Kruza (5:0), 1/8 final mərhələsində Əlcəzair nümayəndəsi Murad Kadiya (4:1) qalib gələn Məhəmməd Abdullayev turnirin 1/4 final mərhələsində Gürcüstan nümayəndəsi Niholoz Beqadze üzərində qələbə qazandı (5:0) və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Kuba nümayəndəsi Fernando Arzola oldu. Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə məğlub oldu (1:4) və Dünya Çempionatının bürünc medalına sahib olub.

Həmin ilin iyununda isə Məhəmməd Abdullayev Polşada baş tutan III Avropa Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Məhəmməd Abdullayev Türkiyə nümayəndəsi Uğur Aydəmir üzərində qələbə qazandı və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Niholoz Beqadze oldu. Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (3:1) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Məhəmməd Abdullayev Yunanıstan nümayəndəsi Stilianos Rulias üzərində qələbə qazandı (5:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Almaniya nümayəndəsi Nelvi Tiafa oldu. Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Məhəmməd Abdullayev Birləşmiş Krallıq nümayəndəsi Delisius Oriya məğlub oldu (0:5) və III Avropa Oyunlarının gümüş medalına sahib oldu. Bununla da Məhəmməd Abdullayev həm də olimpiya lisenziyasına sahib oldu.

Məhəmməd Abdullayev Paris Olimpiadasının açılış mərasimində cüdoçu Gültac Məmmədəliyeva ilə birgə Azərbaycan bayrağını apardı.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2019
Avropa Oyunları Belarus Belarus
PAT
2
Dünya Çempionatı Rusiya Rusiya
PAT
3
2020
Avropa Olimpiya Təsnifat Turniri Fransa Fransa
3.
4
2021
Olimpiya Oyunları Yaponiya Yaponiya
PAT
5
Dünya Çempionatı Serbiya Serbiya
3.
6
2023
Dünya Çempionatı Özbəkistan Özbəkistan
3.
7
Avropa Oyunları Polşa Polşa
2.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    ABŞ Konqresi

  • Aprel 03, 2026

    Elçin Yusubov

  • Aprel 04, 2026

    Cavad qəzası

  • Mart 30, 2026

    Hacı Şahin

  • Mart 28, 2026

    Oqtay Əliyev (rejissor)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst