Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məhəmməd Həsən İsmayıl oğlu Mövlazadə Şəkuvi (1854, Nuxa – 1932, Tiflis) — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Qu

Məhəmməd Mövlazadə

Vikipediya, azad ensiklopediya
Məhəmməd Mövlazadə
Məhəmməd Həsən İsmayıl oğlu Mövlazadə
Qafqazın VI şeyxülislamı
1908 1909
ƏvvəlkiƏbdüssəlam Axundzadə
SonrakıMəhəmməd Pişnamazzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1854(1854)
Doğum yeri
Vəfat tarixi 1932(1932) (77–78 yaşında)
Vəfat yeri
  • Tiflis, Gürcüstan SSR, ZSFSR, SSRİ
Fəaliyyəti tərcüməçi
Dini İslam, şiəlik

Məhəmməd Həsən İsmayıl oğlu Mövlazadə Şəkuvi (1854, Nuxa1932, Tiflis) — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir.

Həyatı

Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır. Sonralar o, Qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazi, 1907-ci ildən şeyxülislam əvəzçisi olub. 1908-ci ildə Şeyxülislam seçilir. 1932-ci ildə Tiflisdə vəfat etmişdir.

Əsərləri

1908-ci ildə Məhəmməd Həsən Movlazadənin "Kitab əl-bəyan fi təfsir əl-Quran" adlı kitabı çap olunub. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və təfsirini vermişdir. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr olunub.

Üst