Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى‎; 8 avqust 1951 – 17 iyun 2019) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə se

Məhəmməd Mürsi

Vikipediya, azad ensiklopediya
Məhəmməd Mürsi
محمد مرسى
Misir Ərəb Respublikasının 5-ci Prezidenti
30 iyun 2012 3 iyul 2013
ƏvvəlkiMəhəmməd Hüseyn Tantavi (müvəqqəti)
SonrakıƏdli Mənsur (müvəqqəti)
Şəxsi məlumatlar
Doğum tarixi 8 avqust 1951(1951-08-08)
Doğum yeri
  • Misir krallığı
Vəfat tarixi 17 iyun 2019(2019-06-17) (67 yaşında)
Vəfat yeri
  • Qahirə, Misir
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Qahirə
Partiya
  • Azadlıq və Ədalət Partiyası
Təhsili
  • Qahirə Universiteti[d],
  • Cənubi Kaliforniya Universiteti (1982)
Fəaliyyəti siyasətçi, mühəndis, universitet müəllimi, parlament üzvü[d], prezident
Dini İslam

Təltifləri "Nil" ordeni Respublika ordeni (Misir) Order of Merit Order of the Virtues Order of Independence
İmzanın şəkli
morsi.info
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى; 8 avqust 195117 iyun 2019) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi.

Həyatı

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman Qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidenti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.

17 iyun 2019-cu ildə ölkənin paytaxtı Qahirədə vəfat edib. O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.

Üst