Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məhəmməd ibn Əli ət-Təqi (ərəb. محمد الجواد‎; İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə, Bağdad, Abbasil

Məhəmməd Təqi

Vikipediya, azad ensiklopediya
Məhəmməd ibn Əli ət-Təqi

محمد بن علي الجواد

محمد بن علی تقی
Şiələrin 9-cu imamı
818 835
Əvvəlkiİmam Rza
Sonrakıİmam Nəqi
Şəxsi məlumatlar
Doğum tarixi 12 aprel 811(0811-04-12)
Doğum yeri Mədinə
Vəfat tarixi
Vəfat yeri Kazimeyn, İraq
Vəfat səbəbi zəhər[d]
Dəfn yeri
  • Kazımiyyə məscidi[d]
Fəaliyyəti ilahiyyatçı, dini rəhbər[d], imam
Atası Əli ibn Musa
Uşağı oğulları: Əli
Dini İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd ibn Əli ət-Təqi (ərəb. محمد الجواد; İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti25 noyabr 835, Kazımiyyə, Bağdad, Abbasilər xilafəti) — On iki imam şiəliyinin doqquzuncu imamı.

Həyatı

Atası On iki imam şiələrinin imamı olan Əli ibn Musa ər-Rzadır. Məhəmməd Cavadın künyəsi "Əbu Cəfər", məşhur ləqəbləri "Təqi" və "Cavad"dır. Hicri 195-ci ilin ramazan ayında Mədinə şəhərində dünyaya göz açmışdır. Təbərsi isə onun həmin ilin rəcəb ayının 15-də dünyaya gəldiyini qeyd etmişdir. Məsudi, İrbili, İbn Xəşşab, İbn Şəhraşub, İbn Fəttal isə onun doğum tarixini Ramazan ayının 19-u olaraq qeyd etmişlər. Anasının adı Səbikədir. Səbikə Məhəmmədin həyat yoldaşı olan Mariya Qibtiyyənin nəslindəndir.

Oğlan övladlarından biri Əli (Hadi) və digəri isə Musadır, qız övladları isə Fatimə və Ümamə olmuşdur.

Hicri 220-ci ildə 25 yaşında dünyadan köçmüşdür. Bağdadın Qureyş məzarlığında babası Kazımın yanında dəfn edilmişdir.

Müasiri olmuş Xəlifələr

Onun dini liderlik dövrü 2 Abbasi xəlifəsinin-Məmunun (h.193-218) və Mötəsimin (h.218-227) hakimiyyəti dövrünə təsadüf edir. Hər iki Abbasi xəlifəsi Məhəmməd Cavadı məcburi şəkildə nəzarət altında saxlamaq üçün Mədinədən Bağdada gətirmişdi.

Vəfatı

Hicri 218-ci ildə Məmun vəfat edir və onun qardaşı mötəsim xəlifə olur. Bağdad qazısı İbn Əbu Duadın Mötəsimi Məhəmməd Cavada qarşı tədbir görməyə sövq etməsi ilə Məhəmməd Cavadı öldürmək fikrində düşür və Cavadı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyir.

Üst