Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII–XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs v

Məhcur Şirvani

Vikipediya, azad ensiklopediya
Məhcur Şirvani
Doğum yeri
  • Şamaxı
Təhsili Dini təhsil
Fəaliyyəti şair, müəllim

Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi.

Həyatı

XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII–XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır.

Firidunbəy Köçərli "Azərbaycan ədəbiyyatı materialları" əsərində onun "Gəl, vəqtidir" rədifli tərcibəndini çap etdirib.

Əsərləri

  • "Qisseyi-Şirzad" əsəri. Əsərdəki hadisələr Məhcur Şirvaninin dövrünün siyasi hadisələri ilə uyğun gəlir. O dövrdə III Abbasın ölümündə Nadir şahın əlinin olması ilə bağlı şayiələr var idi. Ehtimal edilir ki, əsərdəki Kamil vəzir obrazı ilə Şirvani Nadir şahın mənfi imicini yaratmağa çalışmışdır.

Ədəbiyyat

  • Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 193–200.
  • Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.
Üst