| Məlahət İbrahimqızı | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 aprel 1958 (68 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI və VII çağırış deputatı. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri.
Həyatı
Məlahət Hacıyeva 1958-ci il aprelin 25-də Ermənistan SSR-nin Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür.
1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda millət vəkili seçilmişdir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı "Şöhrət" ordeni ilə təltif olunub.
2024-cü il oktyabrın 8-də Azərbaycan–Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.
Ailəsi
2 övladı var. 3 nəvəsi var.
- 25 apreldə doğulanlar
- 1958-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Basarkeçər rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Azərbaycan Tibb Universitetinin məzunları
- Bakı Dövlət Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycanın qadın siyasətçiləri
- Azərbaycanlı siyasətçilər
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- Azərbaycan Milli Məclisinin VII çağırış deputatları
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri
- Ermənistan azərbaycanlıları