| Məlik Dinar | |
|---|---|
| ملک دینار | |
Sərəxs hakimi | |
| 1179 – 1153 | |
| Sonrakı | Toğanşah (Nişapur əmiri) |
Kirman hakimi | |
| 1186 – 1195 | |
| Əvvəlki | II Məhəmmədşah |
| Sonrakı | Fərruxşah |
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | |
| Həyat yoldaşı | Toğrul şahın qızı |
| Uşağı | Fərruxşah |
Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi.
Sərəxs hakimi
1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı. Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu.
Kirman hakimi
1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.
Ailəsi
Kirman Səlcuqlu hökmdarı Toğrul şahın qızı ilə evlənmişdi. 1195-ci ildə vəfat etmişdir.
- 1195-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Oğuzlar