Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məmməd Cəfərqulu oğlu Abbasov (10 avqust 1949, Çərçiboğan, Noraşen rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Kommunist Partiyası İliç (Şərur) Rayon Komitəs

Məmməd Abbasov

Vikipediya, azad ensiklopediya
Məmməd Abbasov
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini — kənd təsərrüfatı naziri
2003 4 fevral 2013
Baş nazirƏlövsət Baxşıyev
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini
1991 2003
Baş nazirŞəmsəddin Xanbabayev
Əlövsət Baxşıyev
Azərbaycan Kommunist Partiyası İliç (Şərur) Rayon Komitəsinin birinci katibi
13 sentyabr 1988 1991
ƏvvəlkiTahir Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1949(1949-08-10) (76 yaş)
Doğum yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1991-ci ilədək)
Təhsili
  • Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1973),
  • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1986–1988)

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2007

Məmməd Cəfərqulu oğlu Abbasov (10 avqust 1949, Çərçiboğan, Noraşen rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Kommunist Partiyası İliç (Şərur) Rayon Komitəsinin birinci katibi (1988–1991), Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2003), Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri (2003–2013).

Fəaliyyəti

Məmməd Cəfərqulu oğlu Abbasov 10 avqust 1949-cu ildə hazırkı Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1979-cu ildən Çərçiboğan kolxozunda baş iqtisadçı, M. Hüseynzadə adına kolxozda sədr, 1981-ci ildən isə Naxçıvan MSSR Nazirlər Sovetində Kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir.

1982-ci ildə partiya işinə keçərək Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində şöbə müdiri, 1985-ci ildən Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsində inspektor işləmiş, 1986–1988-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında 2 il əyani təhsil almışdır. 1988-ci ildən Azərbaycan KP İliç (Şərur) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir. Sonralar Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri işləmiş, 4 fevral 2013-cü ildə vəzifəsindən azad olunmuşdur.

Məmməd Abbasov XI çağırış Naxçıvan MSSR Ali Sovetinin, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. 29 avqust 1991-ci ildə və 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyalarında redaksiya komissiyası tərkibinə daxil edilmişdir.

Üst