| Mərcan Dədə | |
|---|---|
| türk. Mercan Dede | |
| |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bursa, Türkiyə |
| Milliyyəti | türk |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | neyzən, bəstəkar, prodüser və dicey |
| Fəaliyyət illəri | 1990-cı ildən |
| Janrlar | dünya musiqisi[d], dauntempo[d] |
| Musiqi aləti | ney |
| Təhsili |
|
| mercandede.com mercandedearthouse.com | |
Mərcan Dədə (Arkın Allen, Arkın Ilıcalı) (1 iyul 1966, Bursa, Türkiyə) — Türkiyə neyzəni, bəstəkarı, prodüseri və diceyi. O, sufi musiqisini etnik alətlər və sənətçilərlə zənginləşdirərək, onu elektron musiqi ilə harmoniya etmişdi.
Həyatı
Müsiqiçinin əsl adı Arkın Ilıcalı Allendir. 1 iyul 1966-cı il tarixində Bursada (Türkiyə) doğulmuşdu.
İstanbul Universitetində təhsil alıb, orada Mətbuat Fakültəsində fotoqrafiya ilə marağı oyanmışdı. Bu marağı İstanbul Universiteti Təsviri Sənət Akademiyasında davam etmiş, ənənəvi türk təsviri sənət növündən olan ebru öyrəndi. İşləri kanadalı bir mütəxəssərin diqqətini çəkərək, onu Saskatoonda “fotoqrafçılıq və ebru” sərgisini açmağa dəvət ediblər. Sonra jurnalistika təhsilini dayandıraraq, Saskatchewan Universitetində Təsviri Sənətlər bakalavr proqramına daxil olub.
Ondan sonra, Monreala gedərək, Concordia Universitetində "Studio Arts" proqramında Təsviri Sənətlər magistri olub.
Concordia-da altı illik magistratura təhsilindən sonra, musiqi işlərinə üstünlük verdi.
Fəaliyyəti
1990-cı ildən etibarən peşəkar şəkildə musiqi fəaliyyətinə başlayan sənətçi, müxtəlif Sufi qrupları ilə Avropa, Kanada, Amerika və Türkiyədə layihələr həyata keçirdi.
1997-ci ildə "Mercan Dede Ensemble" qrupunu yaratdı. Musiqiçinin ilk albomu olan "Sufi Dreams" müstəqil bir plaq şirkəti olan Golden Horns tərəfindən az sayda buraxılıb paylanıldı. Lakin Şimali Amerika və Avropada bir çox musiqi tənqidçilərindən böyük tərif aldı. Eyni dövrdə Almaniyanın Saarlandischer Rundfunk televiziya kanalı Sufi mədəniyyəti barədə hazırlanmış və musiqiləri Mercan Dede tərəfindən hazırlanan sənədli filmdə sənətçiyə geniş yer verdi.
İkinci studiya albomu "Journey's of a Dervish" isə 1999-cu ildə buraxıldı.
2001-ci ildə Nelson Mandela və Dalay Lama tərəfindən dəstəklənən “Artist International Direct Support” layihəsinə qatılmaq üçün dəvət edilən yeganə türk sənətçidir.
- 1966-cı ildə doğulanlar
- İstanbul Universitetinin məzunları
- Əlifba sırasına görə musiqiçilər
- Türkiyə musiqiçiləri
- Türkiyə universitetlərinin rektorları
