Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Pew Tədqiqat Mərkəzinin 2010-cu il məlumatlarına görə, Macarıstanda 8,26 milyon xristian yaşayırdı ki, bu da ölkə əhalisinin 82,7 %-ni təşkil edirdi. Con Qordon

Macarıstanda xristianlıq

Vikipediya, azad ensiklopediya

Macarıstanda xristianlıq — ölkədə ən geniş yayılmış dindir.

Pew Tədqiqat Mərkəzinin 2010-cu il məlumatlarına görə, Macarıstanda 8,26 milyon xristian yaşayırdı ki, bu da ölkə əhalisinin 82,7 %-ni təşkil edirdi. Con Qordon Meltonun "Dünya Dinləri" ensiklopediyası isə 2010-cu ildə xristianların payını 87,4 % (8,68 milyon mömin) olaraq qiymətləndirir.

Ölkədə xristianlığın ən böyük qolu katolisizmdir. 2000-ci ildə Macarıstanda 50 fərqli xristian denominasiyasına aid 5,5 min xristian kilsəsi və ibadət yeri fəaliyyət göstərirdi.

Macarlardan əlavə, ölkədə yaşayan qaraçıların]], almanların, slovakların, rumınların, xorvatların, [[rusların, serblərin, ukraynalıların, makedoniyalıların, polyakların, bolqarların, yunanların, rusinlərin və digər etnik qrupların əksəriyyəti də xristianlardır.

Macarıstan xristianları ekumenik hərəkatda fəal iştirak edirlər. 1943-cü ildə ölkədə Macarıstan Kilsələrinin Ekumenik Şurası yaradılmışdır. Üç Macar kilsəsi (baptistlər, lüteranlar və islahatçılar) Ümumdünya Kilsələr Şurasının üzvüdür. Ölkənin mühafizəkar yevangelist kilsələri isə Ümumdünya Yevangelist Alyansı ilə əlaqəli olan Macarıstan Yevangelist Alyansında birləşmişdir.

Üst