Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azər

Mais Ağabəyov

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Mayis Ağabəyov
Mayis Əlişir oğlu Ağabəyov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Üzvlüyü
  • Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2000 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 1992"Humay" mükafatı — 2012

Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).

Həyatı

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur.

Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 4 mart 1992 və 3 fevral 1993
  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 18 dekabr 2000
  • Təsviri sənət nominasiyasında "Humay" milli mükafatı — 26 aprel 2012

Filmoqrafiya

  • Babək (film, 1979)
  • Burulğan (film, 1986)
  • Çalış, nəfəs alma (film, 2006)
  • Çətirimiz buludlardır (film, 1976)
  • Dağıdılmış körpülər (film, 1996)
  • Dərvişin qeydləri (film, 2013)
  • Əlvida, cənub şəhəri (film, 2006)
  • Foto "Fantaziya" (film, 1970)
  • Girov (film, 2005)
  • Gümüşgöl əfsanəsi (film, 1984)
  • Günaydın, mələyim! (film, 2008)
  • Həyat bizi sınayır (film, 1972)
  • Xoşbəxtlik qayğıları (film, 1976)
  • İntizam (film, 1983)
  • Köpək (film, 1994)
  • Qətl günü (film, 1990)
  • Ləqəbi "İKA"dır
  • Məkanın melodiyası (film, 2004)
  • Müqəddəs oda yanaram (film, 1991)
  • Nə gözəldir bu dünya... (film, 1999)
  • Nəsimi (film, 1973)
  • Nizami (film, 1982)
  • Ölüm növbəsi (film, 2009)
  • Ötən ilin son gecəsi (film, 1983)
  • Özgə vaxt (film, 1996)
  • Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
  • Sevil (film, 1970)
  • Silinməyən izlər... (film, 2011)
  • Super ağcaqanad (film, 1981)
  • Şirbalanın məhəbbəti (film, 1991)
  • Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
  • Təki dam olsun... (film, 1972)
  • Toya dəvətnamə (film, 1973)
  • Ümid (film, 1995)
  • Ürək... Ürək... (film, 1976)
  • Yeddi oğul istərəm... (film, 1970)
  • Zirzəmi (film, 1990)
Üst