| Mayis Ağabəyov | |
|---|---|
| Mayis Əlişir oğlu Ağabəyov | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | rəssam |
| Üzvlüyü |
|
| Mükafatları | |
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).
Həyatı
Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur.
Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 4 mart 1992 və 3 fevral 1993
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 18 dekabr 2000
- Təsviri sənət nominasiyasında "Humay" milli mükafatı — 26 aprel 2012
Filmoqrafiya
- Babək (film, 1979)
- Burulğan (film, 1986)
- Çalış, nəfəs alma (film, 2006)
- Çətirimiz buludlardır (film, 1976)
- Dağıdılmış körpülər (film, 1996)
- Dərvişin qeydləri (film, 2013)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Foto "Fantaziya" (film, 1970)
- Girov (film, 2005)
- Gümüşgöl əfsanəsi (film, 1984)
- Günaydın, mələyim! (film, 2008)
- Həyat bizi sınayır (film, 1972)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- İntizam (film, 1983)
- Köpək (film, 1994)
- Qətl günü (film, 1990)
- Ləqəbi "İKA"dır
- Məkanın melodiyası (film, 2004)
- Müqəddəs oda yanaram (film, 1991)
- Nə gözəldir bu dünya... (film, 1999)
- Nəsimi (film, 1973)
- Nizami (film, 1982)
- Ölüm növbəsi (film, 2009)
- Ötən ilin son gecəsi (film, 1983)
- Özgə vaxt (film, 1996)
- Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
- Sevil (film, 1970)
- Silinməyən izlər... (film, 2011)
- Super ağcaqanad (film, 1981)
- Şirbalanın məhəbbəti (film, 1991)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Təki dam olsun... (film, 1972)
- Toya dəvətnamə (film, 1973)
- Ümid (film, 1995)
- Ürək... Ürək... (film, 1976)
- Yeddi oğul istərəm... (film, 1970)
- Zirzəmi (film, 1990)
- 1 mayda doğulanlar
- 1941-ci ildə doğulanlar
- 79 yaşında vəfat edənlər
- 17 iyunda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri
- Azərbaycan Respublikasının xalq rəssamları
- Azərbaycan Respublikasının əməkdar rəssamları
- "Humay" mükafatı laureatları
- Əlifba sırasına görə rəssamlar
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər
- Azərbaycan rəssamları
- Azərbaycan Milli Kino Mükafatı laureatları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- SSRİ rəssamları
- XXI əsr Azərbaycan rəssamları
- XX əsr Azərbaycan rəssamları
- SSRİ film rəssamları
- SSRİ şəxsləri
