Malik Əvəz oğlu Həsənov (15 fevral 1971, Günəşli, Cəlilabad rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi IV, V, VI və VII ci çağırış deputatı.
| Malik Həsənov | |
|---|---|
Vəzifədədir | |
| 2010-cu ildən | |
| Seçki dairəsi | 2010, 2005, 2020 — 67 saylı Cəlilabad şəhər |
| Əvvəlki | Aydın Həsənov |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Malik Əvəz oğlu Həsənov |
| Doğum tarixi | 15 fevral 1971 (55 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, müəllim, mühasib |
| | |
| Təltifləri | |
Həyatı
1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir.
1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik etmişdir.
Evlidir, 3 övladı var. Malik Həsənov prezidentin köməkçisi Kərəm Həsənovun qardaşıdır.
Siyasi fəaliyyəti
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı seçilmişdir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.