Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mamalıq sənəti (fr. accoucher — hərfi tərcümədə"}]],"parts":[{"template":{"target":{"wt":"lit","href":"./Şablon:Lit"},"params":{"1":{"wt":"doğmaq"}},"i":0}}]}'>

Mamalıq sənəti

Vikipediya, azad ensiklopediya
Tibbi ultrasəs (UZİ)

Mamalıq sənəti (fr. accoucherhərf."doğmaq", hərf."doğuş qəbul etmək") digər adı ilə povival sənət — tibbin bir sahəsi olub, qadın orqanizmində mayalanma, hamiləlik və doğumla bağlı baş verən fizioloji və patoloji prosesləri öyrənir.

Mamalıq sənəti və ya povival sənət eyni zamanda doğuşayardım üsullarını, hamiləlik və doğuş fəsadlarının profilaktikası və müalicə yollarını, eyni zamanda dölün və yenidoğulmuş körpənin xəstəliklərinin diaqnostika və müalicəsini hazırlayır.

Tarixən mamalıq sənətinə həm də yenidoğulmuş körpənin qulluğu daxil idi, lakin müasir dövrdə bu sahə ayrılaraq neonatalogiya kimi müstəqil fənnə çevrilmişdir.

Baytarlıq mamalıq sənəti — klinik baytarlığın bir sahəsi olub, kənd təsərrüfatı heyvanlarının dişilərində mayalanma, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə bağlı fizioloji və patoloji prosesləri tədqiq edir.

Mamalıq sənətinin predmeti

Mamalıq sənəti elmi terapiya və ya cərrahiyyənin bir hissəsi kimi qəbul edilməməlidir. Bu sahəni xüsusi şəkildə öyrənmək üçün yalnız həmin iki tibbi istiqamətdən əldə edilən biliklər kifayət etmir; mamalıq sənəti digər tibbi sahələrlə ümumi olmayan bir sıra xüsusi məlumatları da tələb edir. Buna görə də mamalıq sənətinin öyrənilməsi üçün xüsusi klinikanın mövcudluğu zəruridir. Bu klinikalarda tələbələr əvvəlcə terapiya və cərrahiyyə klinikalarında hazırlıq keçdikdən sonra doğuş dövrünün patalogiyası və terapiyası tədris olunur.

Universitet təhsilində mamalıq sənətinə dair hazırlıq zamanı Qeysəriyyə əməliyyatına xüsusi diqqət yetirilir. Bu əməliyyata göstəriş normal doğumun mümkün olmadığı və ya ana və uşağın həyatı üçün təhlükə yaratdığı hallarda verilir. Məsələn:

  • doğuş edən qadının çanağının dar olması,
  • dölün inkişaf qüsurları,
  • çoxdöllü hamiləlik və s.

Beləliklə, mamalıq sənətinin predmeti yalnız doğum prosesini müşahidə və idarə etməklə məhdudlaşmır, həm də patoloji halların diaqnostikası, müalicəsi və fəsadların qarşısının alınmasını əhatə edir.

Ədəbiyyat siyahısı

  • Акушерство / Савельева Г. М. // Большая медицинская энциклопедия : в 30 т. / гл. ред. Б. В. Петровский. — 3-е изд. — М. : Советская энциклопедия, 1974. — Т. 1 : А — Антибиоз. — 576 с. : ил.
  • Шмидт А. А. Особенности военного акушерства и гинекологии // Мать и дитя (приложение к журналу «Акушерство и гинекология». ISSN 0300-9092). — 2016, № 2 (5).
  • Клинические протоколы (акушерство) / Под ред. А. А. Шмидта // С-Пб.: СпецЛит, 2016. — 256 с. ISBN 978-5-299-00839-5.
  • Г. М. Савельева, В. И. Кулаков, А. Н. Стрижаков. Акушерство. 2000.
  • Айламазян Э. К. Акушерство. 2007.
  • Говорун М.И., Гофман В.Р., Парфёнов В.Е. Экстренное родоразрешение. 1997.
  • Радзинский В.Е., Оразмурадов А.А. Ранние сроки беременности. Изд.: Медиабюро Статус презенс. 2009.
  • главный редактор Радзинский В.Е. журнал "StatusPraesens. Гинекология, акушерство, бесплодный брак". Изд.: StatusPraesens. 2009, 2010.
  • Акушерство // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907
Üst