Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Marafon (yun. Μαραθών ή Μαραθώνας, q.yun. Μᾰρᾰθών) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsi yüksəkliyi 33 metrdır, Pendelikonun ətəyi, eyniadlı düzənlikdə, Afinad

Marafon şəhəri

38°09′12″ şm. e. 23°57′43″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Marafon
yun. Μαραθώνας
38°09′12″ şm. e. 23°57′43″ ş. u.HGYO
Ölkə
  •  Yunanıstan
Periferiya Attika
Rayon Şərqi Attika
Tarixi və coğrafiyası
Sahəsi
  • 226,6 km²
Mərkəzin hündürlüyü 44 m
Əhalisi
Əhalisi
  • 5.260 nəf. (1951, 1991, 2001, 2011, 2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu +30 2294
Poçt indeksi 190 07
Digər
marathon.gr
Xəritəni göstər/gizlə
Marafon xəritədə
Marafon
Marafon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marafon (yun. Μαραθών ή Μαραθώνας, q.yun. Μᾰρᾰθών) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsi yüksəkliyi 33 metrdır, Pendelikonun ətəyi, eyniadlı düzənlikdə, Afinadan 32 kilometr şimal-şərqdə yerləşir. Bura Attika periferiyasının Şərqi Attika periferiya vahidində yerləşən eyniadlı icmanın inzibati mərkəzidir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə əhalisi 7170 nəfərdir.

Tarixi

Qədim Marafon şəhəri dörd şəhər birliyinin hissəsi idi; dem Leontis filasına məxsus idi. Pavsaniyə əsasən, şəhər Marafon adlı qəhrəmanın şərəfinə adlandırılmışdır. Dikearxusa görə, Marafon Arkadiyadan olan Marafın şərəfinə adlandırılmışdır. Miflərdə Marafon, Teseyin tutduğu marafon öküzü ilə tanınır.

Marafon ainalılar və plateyalıların fars orduları üzərindəki 12 sentyabr 490-cı il tarixindəki zəfəri ilə məşhurlaşmışdır.

1896-cı ildə I Olimpiya Oyunlarının proqramına daxil olan ilk marafon yarışı Marafonda başladı.

Marafon cəmiyyəti

Marafon cəmiyyəti səkkiz yaşayış məntəqəsini əhatə edir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə, əhali 12 849 nəfərə bərabərdir. Sahə 97.062 km²-dır.

Yaşayış məntəqəsi Əhalisi (2011), nəfər
Ayos-Pandeleimon 1591
Ano-Sulion 232
Avra 191
Voton 177
Vranas 1082
Kato-Sulion 2142
Marafon 7170
Sxinyas 264

Əhalisi

İl Əhalisi, nəfər
1991 4964
2001 4297
2011 7170
Üst