| Özünüadlandırma | ||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय | ||||||||||||||||||
| Ümumi sayı | ||||||||||||||||||
| 80 milyon | ||||||||||||||||||
| Yaşadığı ərazilər | ||||||||||||||||||
| ||||||||||||||||||
| Dili | ||||||||||||||||||
| marathi dili | ||||||||||||||||||
| Dini | ||||||||||||||||||
| Əsasən hinduizm, həmçinin də caynizm, iudaizm, xristianlıq və islam |
Marathilər və ya Marathi xalqı (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda yaşayan xalqlardan biri. Bu xalq əsasən Maharaştra ştatının əhalisini təşkil edir, azsaylı qrupları isə qonşu ştatların ərazilərində də yaşayır. Bundan əlavə, İsraildə və Mavriki adasında da diasporası mövcuddur. Sayları 1997-ci ildə 68 milyondan çox olmuşdur, 2007-ci ilə olan məlumata görə isə təxminən 80 milyon nəfər marathi dilində danışır.

Əhalinin çoxu hinduizmə, qalanları isə caynizmə, iudaizmə, xristianlığa və islama (əsasən Qoa regionunda) etiqad edir. Əsas məşğuliyyətləri əkinçilikdir.
Çoxşaxəli kustar istehsal və qədim dəniz ticarəti ənənələri kapitalizmin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın formalaşmasına Hindistanın bir çox digər xalqlarından daha əvvəl təkan vermişdir.
Marathilərin əcdadları Raştrakutlar hesab olunur. XV əsrdə rus taciri Afanasi Nikitin marathilərin arasında olmuşdur. Onun hindlilərin məişəti və adət-ənənələri barədə qeydləri əsasən bu xalqla bağlıdır. Bir neçə əsr ərzində marathilər Böyük Moğol imperiyasına (xüsusilə XVII əsrdə Şivaçinin rəhbərliyi altında), portuqaliyalılara və daha sonra isə ingilis müstəmləkəçilərinə qarşı inadla mübarizə aparmışdırlar. Anqlo-marathi müharibələri nəticəsində marathi dövləti ingilislər tərəfindən işğal edilmişdir. Hindistan müstəqillik qazandıqdan (1947) sonra isə 1960-cı ildə milli Maharaştra ştatı yaradılmışdır.

Ədəbiyyat siyahısı
- Ahmadnagar District Gazetteers, The People: Feasts and Festivals, Government of Maharashtra, 1976a, 11 avqust 2011 tarixində , İstifadə tarixi: 31 avqust 2025
- Bahuguna, Nitin Jugran, The marriage market, The Hindu Business Line, 5 noyabr 2004, İstifadə tarixi: 10 oktyabr 2010
- Chopra, Pran Nath, Religions and communities of India, Vision Books, 1982, ISBN 978-0-85692-081-3
- Express News Service, This Gudi Padwa, plant a neem and reap its benefits, 2009, İstifadə tarixi: 12 dekabr 2009
- Government of Maharashtra, Ratnagiri District Gazetteer, 1962, 2 sentyabr 2010 tarixində , İstifadə tarixi: 10 oktyabr 2010
- Mookerji, Radhakumud, Ancient Indian Education: Brahmanical and Buddhist, Motilal Banarsidass, 1989, ISBN 978-81-208-0423-4
- Nagi, B. S, Child marriage in India: a study of its differential patterns in Rajasthan, Mittal Publications, 1993, ISBN 978-81-7099-460-2
- Sharma, Usha. Marriage in Indian Society: From Tradition to Modernity. Mittal Publications. 2005. ISBN 9788170999980.
- Srinivasa-Raghavan, T.C.A, Caste, cost and cause, The Hindu Business Line, 22 iyul 2009, İstifadə tarixi: 10 oktyabr 2010[ölü keçid]
- The Economist, Caste in doubt: The perilous arithmetic of positive discrimination, The Economist, 10 iyun 2010, 28 iyul 2018 tarixində , İstifadə tarixi: 10 oktyabr 2010
- Walunjkar, Dr. T. N, VII (PDF) // Maharashtra: Land and its people, State of Maharashtra, 6 dekabr 2010 tarixində (PDF), İstifadə tarixi: 10 oktyabr 2010
- Zelliot, Eleanor; Berntsen, Maxine, The Experience of Hinduism: essays on religion in Maharashtra, SUNY Press, 1988, ISBN 978-0-88706-664-1
Əlavə ədəbiyyat siyahısı
- John Roberts (June 1971) "The Movement of Elites in Western India under Early British Rule", The Historical Journal 24(2) pp. 241–262
- Hiroshi Fukazawa (February 1972) Rural servants in the 18th century Maharashtrian village-demiurgic of Jajmani system? Hitotsubashi Journal of Economics, 12(2), pp. 14–40
- Народы Южной Азии. — М., 1963.
- Enthoven R. The tribes and castes of Bombay. — Vol. 1—3. — Bombay, 1920—22.
- Sardesai G. S. New history of the Marathas. — Vol. 1—3. — Bombay, 1946—48.
- Кincaid С. A., Parasnis Rao Bahadur D. B. A history of the Maratha people. — Delhi, [a. o.], 1968.
- Hindistanda yaşayan etnik qruplar
- Hind-ari xalqları
- Marathi xalqı
- Asiyada yaşayan etnik qruplar
- Xristianlıq