Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Marathilər və ya Marathi xalqı (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda yaşayan xalqlardan biri. Bu xalq əsasən Maharaştra ştatının əhalis

Marathi xalqı

Vikipediya, azad ensiklopediya
Özünüadlandırma
marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय
Ümumi sayı
80 milyon
Yaşadığı ərazilər
 Hindistan 82,801,140
 ABŞ 127,630
 İsrail 60,000
 Avstraliya 13,055
 Kanada 9,755
 Pakistan 500
Dili

marathi dili

Dini

Əsasən hinduizm, həmçinin də caynizm, iudaizm, xristianlıq və islam

Marathilər və ya Marathi xalqı (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda yaşayan xalqlardan biri. Bu xalq əsasən Maharaştra ştatının əhalisini təşkil edir, azsaylı qrupları isə qonşu ştatların ərazilərində də yaşayır. Bundan əlavə, İsraildə və Mavriki adasında da diasporası mövcuddur. Sayları 1997-ci ildə 68 milyondan çox olmuşdur, 2007-ci ilə olan məlumata görə isə təxminən 80 milyon nəfər marathi dilində danışır.

Hindistanın müstəqillik hərəkatının lideri olmuş Bal Qandadhar Tilak marathi idi.

Əhalinin çoxu hinduizmə, qalanları isə caynizmə, iudaizmə, xristianlığa və islama (əsasən Qoa regionunda) etiqad edir. Əsas məşğuliyyətləri əkinçilikdir.

Çoxşaxəli kustar istehsal və qədim dəniz ticarəti ənənələri kapitalizmin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın formalaşmasına Hindistanın bir çox digər xalqlarından daha əvvəl təkan vermişdir.

Marathilərin əcdadları Raştrakutlar hesab olunur. XV əsrdə rus taciri Afanasi Nikitin marathilərin arasında olmuşdur. Onun hindlilərin məişəti və adət-ənənələri barədə qeydləri əsasən bu xalqla bağlıdır. Bir neçə əsr ərzində marathilər Böyük Moğol imperiyasına (xüsusilə XVII əsrdə Şivaçinin rəhbərliyi altında), portuqaliyalılara və daha sonra isə ingilis müstəmləkəçilərinə qarşı inadla mübarizə aparmışdırlar. Anqlo-marathi müharibələri nəticəsində marathi dövləti ingilislər tərəfindən işğal edilmişdir. Hindistan müstəqillik qazandıqdan (1947) sonra isə 1960-cı ildə milli Maharaştra ştatı yaradılmışdır.

Marathilər ovdan qayıdır, Qvalior qalası. Edvin Lord Uiksin rəsm əsəri, 1887-ci il.

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı

  • John Roberts (June 1971) "The Movement of Elites in Western India under Early British Rule", The Historical Journal 24(2) pp. 241–262
  • Hiroshi Fukazawa (February 1972) Rural servants in the 18th century Maharashtrian village-demiurgic of Jajmani system? Hitotsubashi Journal of Economics, 12(2), pp. 14–40
  • Народы Южной Азии. М., 1963.
  • Enthoven R. The tribes and castes of Bombay. — Vol. 1—3. — Bombay, 1920—22.
  • Sardesai G. S. New history of the Marathas. — Vol. 1—3. — Bombay, 1946—48.
  • Кincaid С. A., Parasnis Rao Bahadur D. B. A history of the Maratha people. — Delhi, [a. o.], 1968.
Üst