| Meğri armudu | ||||||
|---|---|---|---|---|---|---|
| Elmi təsnifat | ||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Fabidlər Dəstə: Gülçiçəklilər Fəsilə: Gülçiçəyikimilər Yarımfəsilə: Gavalıkimilər Triba: Almakimilər Yarımtriba: Almakimilər Cins: Armud Növ: Meğri armudu | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||
Meğri armudu (lat. Pyrus megrica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Arealı
Qafqazda yayılmışdır.
Botaniki xarakteristikası
Hündürlüyü 5-10 m olan, budaqları iynəsiz ağac və ya bəzən koldur. Meyvələri xırda, uzunluğu 1,5-2 sm, əsasən tək, seyrək tükcüklü, qalın meyvə saplaqlı, şarşəkilli-armudşəkilli, əyilmiş, xətvari hissəli kasacıqlıdır. Yarpaqları uzunsov-ellipsvari, (7) 8-3 (3,5) sm, ucu biz, kənarları dalğalı, üstü çılpaq, tünd yaşıl, parlaq, alt tərəfi keçəli, saplaqları qısa, uzunluğu 2-2,5 sm, keçəli tükcüklüdür. İynələri olmayan iri ağacdır.
Ekologiyası
Yolların kənarında və yarpaqlı meşələrdə rast gəlinir.
Azərbaycanda yayılması
Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Quraqlığa, rütubətə davamlı ərazilərdə istifadəsi məqsədyönlüdür.
Həmçinin bax
- Armud