Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Meşəli kəndi Qırxqız dağlarının ətəyindədir. Bu kənd palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır.

Meşəli (Xocalı)

39°53′57″ şm. e. 46°37′07″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Meşəli
39°53′57″ şm. e. 46°37′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Xəritəni göstər/gizlə
Meşəli xəritədə
Meşəli
Meşəli

MeşəliAzərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası və adı

Meşəli kəndi Qırxqız dağlarının ətəyindədir. Bu kənd palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır.

Tarixi

Erməni millətçilərinin təsiri altında olmuş rəhbər orqanları tərəfindən Meşəli kəndi uzun müddət yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır.

Azərbaycan SSR-nin Ali Sovetinin Rəyasət Heyətinin 27 iyun 1985-ci il tarxili fərmanı ilə, o vaxtkı Əsgəran rayonunu üzrə, Daşbulaq kənd Sovetinin tərkibində Meşəli kəndinin dürüstləşdirmə qaydasında yaşayış məntəqələri siyahısına daxil edilməsinin təsdiq olunması qərara alınmışdı. Azərbaycan SSR-nin Ali Sovetinin Rəyasət Heyətinin 21 aprel 1990-cı il tarxili fərmanı ilə, o vaxtkı Əsgəran rayonunu üzrə, Meşəli kəndi Daşbulaq kənd Sovetinin tərkibindən ayrılaraq, Məşəli kəndi mərkəz olmaqla Meşəli kənd Sovetinin yaradılması qərara alınmışdı. 26 noyabr 1991-ci il tarixli "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Əsgəran rayonunun ləğvi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonunun yaradılması, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara alınmışdı.

1991-ci ildə ermənilər tərəfindən yandırılıb, əhalisi isə didərgin salınmışdır.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Meşəli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olub, 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Abidələr

Məşəli kəndinin ərazisində qədim qəsr, imarət, kurqan və sair maddi mədəniyyət nümunələrinin nişanələri var.

Meşəli qətliamı

23 dekabr 1991-ci ildə Meşəli kəndində Ermənistan hərbi birləşmələri tərəfindən qətliam törədilmişdir. Qətliam zamanı 28 nəfər öldürülmüş, 14 nəfər yaralanmışdır. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur.

Həmçinin bax

Üst