Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu.

Mehrəli bəy

Vikipediya, azad ensiklopediya
Məhrəli xan
Məhrəli xan Sarıcalı-Cavanşir
1759 1760
ƏvvəlkiPənahəli xan
Sonrakıİbrahimxəlil xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sarıcalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi (49–50 yaşında)
Vəfat yeri Şamaxı, Şirvan xanlığı
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti hərbi lider[d]
Atası Pənahəli xan
Uşağı Məhəmməd bəy Sarıcalı-Cavanşir
Dini Şiə İslam

Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu.

Həyatı

Mehrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedərkən onu öz yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi.

Hakimiyyəti

İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mehrəli xanla mübarizəyə başladı. Mehrəli xanı güclü Cavanşir, Otuziki və Kəbirli elləri dəstəkləyirdi. İbrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli ellərinə arxalanırdı.

Mehrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi. İbrahimxəlil ağanın təzyiqi altında Qarabağı tərk etdi.

Hakimiyyətdən sonra

Mehrəli xan devriləndən sonra yenidən Kərim xan Zəndə müraciət etdi. Tarixçi Əhməd bəy Cavanşir yazır: "Mehrəli bəy Kərim xanın köməyinə pənah gətirdi. Kərim xanın Mehrəli bəyin xeyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam yerinə yetirilməmiş qaldı."

Ölümü

Mehrəli bəy 1785-ci ildə Şirvan xanı Ağası xan tərəfindən öldürüldü.

Ailəsi

Xanımı: Əziz xanım

Oğulları:

  • Məhəmmədqulu bəy (1762–1797)
  • Əlihümbət bəy
  • Əsədulla bəy
  • Xankişi bəy

Qızları:

  • Xanxanım ağa
Üst