| Mikayıl Gözəlov | |
|---|---|
| | |
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı | |
| 7 noyabr 1991 – 11 dekabr 1991 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 5 aprel 1948 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 11 dekabr 1991 (43 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | sui-qəsd |
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa) — Şuşa Rayon İcra Hakimiyyətinin başçısı (1991).
Həyatı
Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. 1988-ci ildə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
1990-cı ildə 360 saylı Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınmışdır. Seçki gününə bir gün qalmış, adı çəkilən dairədən seçkilərin keçirilməsi dayandırılmışdır.
7 noyabr 1991-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Mikayıl Gözəlov Azərbaycan Respublikası Milli Ordusunun ilk rəsmi hərbi hisələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olmuşdur. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik etmişdir. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olmuşdur.
Qətli
İş başında ikən, 11 dekabr 1991-ci ildə əslən Şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilmişdir. Qətlin səbəbləri indiyədək müəmmalı qalır. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat etmişdir.
Ölümündən sonra Şuşa rayonu kolxozlarından birinə, Şuşa şəhərində küçəyə adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.
Ailəsi
Qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur.
- 5 apreldə doğulanlar
- 1948-ci ildə doğulanlar
- Mərzilidə doğulanlar
- 11 dekabrda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- 43 yaşında vəfat edənlər
- Şuşada vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Şuşa Rayon İcra Hakimiyyətinin başçıları
- Ağdam rayonunda doğulanlar
- Sui-qəsd qurbanları
- Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri
- 1991-ci ildə qətl
- Azərbaycanda qətlə yetirilənlər
- Qətl qurbanları