Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı

Mikayıl Ələkbərov

  • Ana Səhifə
  • Mikayıl Ələkbərov

Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı

Ələkbərov Mikayıl
Ələkbərov Mikayıl Məhəmməd oğlu
Doğum tarixi 1924(1924)
Doğum yeri
  • Saray, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 oktyabr 1943(1943-10-13) (18–19 yaşında)
Vəfat yeri
  • Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti, Ukrayna SSR, SSRİ
Dəfn yeri
  • Şerbinovka[d]
  • Rudka[d]
Atası Ələkbərov Məhəmməd
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Mündəricat

Həyatı

Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir.

Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir.

Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur.

Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir.

Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Nöqtə (həndəsə)

  • Aprel 05, 2026

    Amazon çayı

  • Mart 26, 2026

    Ağqoyunlu dövləti

  • Mart 30, 2026

    Məhəmməd peyğəmbərin evlilikləri

  • Aprel 04, 2026

    Tofiq Mütəllibov

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst