Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirağa Hafis oğlu Qasımov (8 yanvar 1995, Moranlı, Cəlilabad rayonu – 6 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin kiçik giziri; 2

Mirağa Qasımov

Vikipediya, azad ensiklopediya
Mirağa Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Moranlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
Qoşun növü Çevik Hərəkət Qüvvələri
Xidmət illəri 2013—2014 / 2015—2020
Rütbəsi
K/gizir
Döyüşlər
  Qarabağ müharibəsi (2020)
    • Cəbrayılın azad edilməsi
    • Hadrutun azad edilməsi
    • Zəngilanın azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Zəngilanın azad olunmasına görə" medalı

Mirağa Hafis oğlu Qasımov (8 yanvar 1995, Moranlı, Cəlilabad rayonu6 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı

Mirağa Hafis oğlu Qasımov 1995-ci il, yanvarın 8-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub.

2013-cü ildə Cəlilabad rayon M. Muradov adına Qarakazımlı kənd tam orta məktəbindən məzun olub.

2013-cü ildə Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013–2014-cü illərdə N saylı hərbi hissədə xidmət edib.

2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayıb.

17 avqust 2020-ci ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət sərhədinin mühafizəsinin təmin edilməsində fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Zəngilanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində döyüş tapşırığının icrası zamanı ağır yaralandı. Noyabrın 6-da müalicə aldığı tibb müəssəsində şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

Üst