Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Miranşahi ailəsi — Bayandurlar sülaləsinin ikinci dərəcəli qolu olan ailə. Ailə Teymuri sülaləsi ilə Bayandurlu sülaləsinin qarışığından, yəni Sidi-Əhməd ibn Mi

Miranşahi ailəsi

Vikipediya, azad ensiklopediya
Miranşahi ailəsi
Titul Bəy
Əcdadı Əmir TeymurUzun Həsən
Mənşəyi Ağqoyunlu imperiyası
Təbəəliyi Ağqoyunlu imperiyası

Miranşahi ailəsiBayandurlar sülaləsinin ikinci dərəcəli qolu olan ailə. Ailə Teymuri sülaləsi ilə Bayandurlu sülaləsinin qarışığından, yəni Sidi-Əhməd ibn Miranşah Teymuri ilə Uzun Həsənin qızı Rüqəyyə Sultanın evliliyindən ortaya çıxmışdır.

Baysunqur hakimiyyətə gələrkən reaksiyaları

Sultan Yaqub Qarabağdakı düşərgədə öldükdən sonra Sufi Xəlilin yardımı ilə oğlu Baysunqur hakimiyyətə gəldi. Baysunqurun taxta çıxışında Miranşahi ailəsinin dəstəyi mühüm rol oynamışdı. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Miranşahilərin daxil oldğu koalisiya məğlub oldu.

Həmçinin bax

  • Ağqoyunlu dövləti
  • Teymurilər
Üst