Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirkazım Kazımov (10 oktyabr 1950, Astraxanbazar rayonu – 17 iyun 2024) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV və V çağırış deputatı, "Qasid" Aç

Mirkazım Kazımov

Vikipediya, azad ensiklopediya
Mirkazım Kazımov
Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV və V çağırış deputatı
2000 2019
Seçki dairəsi2000 — 97 saylı Cəlilabad qəsəbə
2005, 2010, 2015 — 68 saylı Cəlilabad qəsəbə
Əvvəlkivəzifə təsis edildi. (97 saylı)
vəzifə təsis edildi. (68 saylı)
Sonrakıvəzifə ləğv edildi. (97 saylı)
Elman Nəsirov (68 saylı)
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1950(1950-10-10)
Doğum yeri
Vəfat tarixi 17 iyun 2024(2024-06-17) (73 yaşında)
Dəfn yeri
  • Hasıllı
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Mirkazım Kazımov (10 oktyabr 1950, Astraxanbazar rayonu17 iyun 2024) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV və V çağırış deputatı, "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri.

Həyatı

1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir.

1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.

Mirkazım Kazımov uzun sürən xəstəlik nəticəsində 17 iyun 2024-cü ildə ölmüşdür. O, Cəlilabad rayonu Hasıllı kəndində dəfn olunmuşdur.

Evli idi, 2 övladı var

Siyasi fəaliyyəti

1994-cü ildən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub

Üst